BREND ADI
Bio‑Oil®
MƏHSULUN ADI VƏ ÖLÇÜLƏRİ
Dry Skin Gel 50ml
Dry Skin Gel 100ml
Dry Skin Gel 200ml
GÖSTƏRİŞLƏR
Dəri nəm səviyyəsini əhəmiyyətli dərəcədə artırır.
TƏQDİMAT
Narıncı/çəhrayı rəngli gel.
FORMULASI
84% oklüziv inqrediyent, 13% hümektant (nəmi saxlayan maddə) və 3% su tərkibli gel.
İNQREDİYENTLƏR
Paraffinum Liquidum, Isopropyl Palmitate, Triisononanoin, Glycerin, Cetearyl Ethylhexanoate, Isopropyl Myristate, Aqua, Caprylic / Capric Triglyceride, Isostearyl Isostearate, C26-28 Alkyl Dimethicone, Butyrospermum Parkii Butter, Sodium Lactate, Urea, Gluconolactone, Sodium PCA, Sodium Hyaluronate, Octyldodecyl PCA, Sucrose Laurate, Sucrose Stearate, Lactic Acid, Lanolin, Butylene Glycol, Dimethicone / Vinyl Dimethicone Crosspolymer, Bisabolol, Helianthus Annuus Seed Oil, Silica, Glycine Soja Oil, Retinyl Palmitate, Tocopheryl Acetate, Niacinamide, Linoleic Acid, Linolenic Acid, Tocopherol, Anthemis Nobilis Flower Oil, Calendula Officinalis Extract, Rosmarinus Officinalis Leaf Oil, Lavandula Angustifolia Oil, Parfum, Farnesol, Limonene, Linalool, CI 17200.
ALLERGENLƏR
Bio‑Oil® Dry Skin Gel-in tərkibində üç allergen var. Əksər allergenlər kimi bunlar da bitki yağlarının və ətrin tərkibində mövcuddur. Onlar aşağıdakılardır: Farnesol, Limonen və Linalool.
TƏHLÜKƏSİZLİK QİYMƏTLƏNDİRMƏSİ
Bio‑Oil® Dry Skin Gel ixtisaslaşmış toksikoloq tərəfindən təhlükəsizlik qiymətləndirməsindən keçmiş və böyüklər, o cümlədən hamilə və laktasiya dövründə olan qadınlar və üç yaşdan yuxarı uşaqlar tərəfindən təyinatı üzrə istifadə üçün təhlükəsiz olaraq təsnif edilmişdir.
QURU DƏRİ KLİNİK SINAĞI
Sınaq mərkəzi Complife Italia S.r.l, Italiya. Məqsəd Bio‑Oil® Dry Skin Gel-in dəri nəmliyini yaxşılaşdırmaqda effektivliyini test etmək üçün klinik qiymətləndirmə. Nümunə Subyektlər: Fitzpatrik şkalası üzrə II-V növ dəriyə sahib, baldırlarının üst hissəsində quru/çox quru dərinin (II-IV səviyyəli) klinik təzahürləri olan və qeydiyyat zamanı korneometr dəyərləri 40-dan az olan 40 sağlam qadın. Test nahiyəsi: test edilən məhsul bütün subyektlərin bir baldır nayihəsinin bütün hissələrinə tətbiq edilmişdir. İştirakçıların yaşı: 40-65. Metodologiya Yarımbədən, məlum olmayan verilənlər əsasında qiymətləndirməyə əsaslanan, randomizə edilmiş və nəzarət edilən klinik-instrumental tədqiqat. Subyektlər ilkin skrininq qiymətləndirməsində iştirak etmişlər, sonra 7 günlük quruma müddəti, 28 günlük müalicə müddəti və 3 günlük müşahidə dövründən (reqressiya) keçirilmişlər. Quruma dövründə və tədqiqat boyunca subyektlər ayaqlarını gündə iki dəfə Dove Beauty Bar sabunu ilə yumuşlar. Daha sonra Bio‑Oil® Dry Skin Gel təyin olunmuş baldır nahiyəsinə gündə iki dəfə tətbiq olunmuş, digər ayaq isə müalicə olunmamışdır. Klinik və instrumental qiymətləndirmələr skrininq zamanı, ilkin ziyarətdə və 1, 3, 6, 8, 10, 14, 21, 28, 29, 30 və 31-ci günlərdə aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün ölçmə vaxtlarında qiymətləndirilmişdir. Qiymətləndirmə bu cür aparılmışdır: iştirakçılar təlim keçmiş vizual qiymətləndirici tərəfindən quruluğa görə klinik olaraq (0-5 ballıq şkala üzrə) dərəcələndirilmişlər. Dəri hidratasiyasının kəmiyyətcə ölçülməsi korneometr cihazı ilə aparılmışdır. Baryer funksiyasının göstəricisi olaraq transepidermal su itkisinin kəmiyyətcə ölçülməsi (TESİ) tevametr cihazı ilə aparılmışdır. Nəticə Bio‑Oil® Dry Skin Gel həm ilkin dəyərlər, həm də müalicə olunmamış (nəzarət olunan) sahə ilə müqayisədə hər bir eksperimental nəzarətli yoxlamada dərinin nəmləndirilməsi, baryer funksiyası və quru dərinin görünüşü (quruluğun klinik dərəcələndirilməsi) üzrə statistik əhəmiyyətli yaxşılaşma göstərmişdir. Quruluğun klinik dərəcələndirilməsində 1-ci gündən etibarən iştirakçıların 62%-də statistik əhəmiyyətli irəliləyiş, 3-cü gündən etibarən isə iştirakçıların 85%-dən çoxunda yaxşılaşma müşahidə edilmişdir. 21-ci gündən etibarən iştirakçıların 100%-i yaxşılaşma göstərmişdir. 28-ci gündə iştirakçıların yaxşılaşma səviyyəsi 1-ci gündə qeydə alınan klinik qiymətləndirmə balı ilə müqayisədə 3,5 dəfədən çox artmışdır. 28 günlük istifadədən sonra iştirakçıların 100%-nin dəri nəmlənməsində ciddi artım müşahidə edilmiş, yaxşılaşma səviyyəsi 1-ci gündəki göstərici ilə müqayisədə 2 dəfədən çox artmışdır. Eyni zamanda, 28 günlük istifadədən sonra iştirakçıların 82%-də TESİ-nin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunmuş, yaxşılaşma səviyyəsi 1-ci gün ilə müqayisədə 5.5 dəfədən çox artmışdır. Bio‑Oil® Dry Skin Gel-in dərinin nəmlənməsini, baryer funksiyasını və quru dərinin görünüşünü yaxşılaşdırmaqda effektivliyi məhsulun istifadəsi dayandırıldıqdan sonra 3 günlük müşahidə zamanı da təsdiqlənmişdir.
HƏSSAS DƏRİ TESTİ
Sınaq mərkəzi Complife Italia S.r.l, Italiya. Məqsəd Bio‑Oil® Dry Skin Gel-in dəri qıcıqlanmasına səbəb olma potensialını qiymətləndirmək. Nümunə Subyektlər: 30 iştirakçı; 28 kişi və 2 qadın, hamısı laktik turşu (süd turşusu) testinə əsasən həssas dəriyə malikdir. İştirakçıların yaşı: 18-70. Metodologiya Nəzarətli tədqiqat. İki sahə qiymətləndirilib: mənfi nəzarətin tətbiq edildiyi sahə (demineralizə olunmuş su) və Bio‑Oil® Dry Skin Gel-in tətbiq edildiyi sahə. Test məhsulları Finn Chamber® (Finn Kamerası) vasitəsilə iştirakçıların bel bölgəsinə 48 saat ərzində tətbiq edilmişdir. Dəri reaksiyaları patç çıxarıldıqdan 15 dəqiqə, 1 saat və 24 saat sonra əsas dəri qıcıqlanmasını qiymətləndirmək üçün dermatoloqun nəzarəti altında qiymətləndirilmişdir. Dəri reaksiyaları 0-4 ballıq şkala ilə qiymətləndirilmişdir (burada “0” eritema, ödem və ya digər dəri qıcıqlanması növlərinin olmadığını, “4” isə ciddi eritema və ödem olduğunu göstərir, bu da tünd qırmızı görünüş və tətbiq sahəsindən kənara yayılmış geniş ödem əlamətlərinin göstəricisidir). Nəticə Bio‑Oil® Dry Skin Gel-in dəri tərəfindən tolerə edilməsi “qıcıqlanma yaratmayan” kimi qiymətləndirilmişdir.
QEYRİ-KOMEDOGENLİK TESTİ
Sınaq mərkəzi Complife Italia S.r.l, Italiya. Məqsəd Bio‑Oil® Dry Skin Gel-in komedogen potensialını qiymətləndirmək. Nümunə Subyektlər: 20 iştirakçı; akneyə meyilli dəriyə malik 18 qadın və 2 kişi. İştirakçıların yaşı: 18-65. Metodologiya Nəzarətli tədqiqat. Məhsul filtr kağızı diskindən istifadə edilərək iştirakçıların üst arxa nahiyəsinə tətbiq edilmişdir. Patçlar 48-72 saat ərzində nahiyədə saxlanılmış, çıxarılmış və yenidən tətbiq edilmişdir. 4 ardıcıl həftə ərzində ümumilikdə 12 patç tətbiq edilmişdir. Üç sahə mənfi nəzarət (demineralizə olunmuş su), test məhsulu (Bio‑Oil® Dry Skin Gel) və müsbət nəzarət (lanolin spirti - məlum komedogen məhsul) müqayisə edilərək qiymətləndirilmişdir. Hər dəfə məhsulun tətbiqindən əvvəl və sonra komedonların mövcudluğunu müqayisə etmək üçün dəri reaksiyaları hər bir patçın çıxarılmasından 15 dəqiqə sonra dermatoloq nəzarəti altında klinik olaraq qiymətləndirilmişdir. Nəticə Bio‑Oil® Dry Skin Gel-in komedogen olmadığı aşkar edilmişdir. Bio‑Oil® Dry Skin Gel-in tətbiq edildiyi sahə mənfi nəzarət sahəsi ilə heç bir əhəmiyyətli fərq göstərməmişdir. Müsbət nəzarət akne yaranmasına səbəb olmuşdur.
OKLÜZİVLİK SINAĞI
Sınaq mərkəzi Rigano Laboratories, Milan, İtaliya. Məqsəd Bio‑Oil® Dry Skin Gel-in oklüzivliyini və buna görə də TESİ-ni azaldaraq dərinin öz nəmini saxlamasına kömək etmək qabiliyyətini eksperimental olaraq müəyyən etmək. Metodologiya Məlum miqdarda su insan dərisinin səth xüsusiyyətlərini təqlid edən Vitro-Skin™ adlı yarımkeçirici membranla örtülü laboratoriya şüşələrinə yerləşdirilmişdir. Məhsul membrana tətbiq edilmiş və zamanla laboratoriya şüşələrindən su itkisinin sürəti ölçülmüşdür. Bu göstərici membranda hər hansı bir məhsul olmayan nəzarət şüşələrindən su itkisinin sürəti ilə müqayisə edilmişdir. Nəticə Su buxarının ötürülmə sürəti (WVTR) test metodologiyası məhsulların oklüzivliyini ölçmək üçün standart bir testdir. WVTR dəyərində azalma müəyyən bir formulanın oklüziv olduğunu göstərir. Bio‑Oil® Dry Skin Gel-in Vitro-Skin™ membranına tətbiq edildikdə müalicə olunmamış nəzarət sahəsi ilə müqayisədə WVTR dəyərlərini statistik olaraq azaltdığı müəyyən edilmişdir. Bu in vitro (süni şəraitdə əldə olunan) nəticə onu göstərir ki, Bio‑Oil® Dry Skin Gel dərinin in vivo (təbii şəraitdə mövcud) nəmini saxlamağa kömək edir və bununla da quru dərinin əlamətlərini və simptomlarını yüngülləşdirir.
TƏTBİQİ
Tətbiq üçün göstərişlər Lazım olduqca Bio‑Oil® Dry Skin Gel-i quru dəriyə tətbiq edin. Davamlı quru dəri üçün gündə iki dəfə, səhər və axşam tətbiq edin. Ən yaxşı nəticə üçün məhsul duş və ya vanna qəbul etdikdən sonra təmizlənmiş dəriyə tətbiq edilməlidir. Başqa məhsullar tətbiq edirsinizsə, bunu Bio‑Oil® Dry Skin Gel dəriyə tam hopduqdan sonra edin. Bio‑Oil® Dry Skin Gel xüsusi olaraq bədən üçün nəzərdə tutulub, lakin üz üçün də istifadə edilə bilər. İstifadəyə dair ehtiyat tədbirləri Bio‑Oil® Dry Skin Gel yalnız yerli kosmetik tətbiq üçün nəzərdə tutulub. Məhsul açıq yaraya və ya çatlamış dəriyə tətbiq edilməməlidir. Gözlərlə təmasına yol verməyin. Məhsul gözə düşərsə, su ilə yaxşıca yuyun. Uşaqların əli çatmayan yerdə saxlayın. Tətbiq miqdarı Quru dəri kremləri, losyonlar və qatı yağlar tətbiq edilərkən, bu məhsullar əsasən dəri ilə təmasda olduqda buxarlanan sudan ibarət olduğu üçün çox miqdarda tətbiq edilməlidir. Bio‑Oil® Dry Skin Gel 84% yağ, qatı yağ və mumlardan ibarət olduğu üçün eyni bədən sahəsini əhatə etmək üçün əhəmiyyətli dərəcədə daha az məhsul istifadə edilməlidir. Hamiləlik zamanı istifadəsi Bio‑Oil® Dry Skin Gel-in hamiləlik zamanı istifadəsi təhlükəsizdir. Vitamin A və hamiləlik Qadınlara adətən hamiləlik dövründə vitamin A qida əlavələrini məhdudlaşdırmaq tövsiyə olunur və buna görə də tərkibində A vitamini olan dəri məhsullarını istifadə etməklə bağlı narahatlıqları ola bilər. Hər hansı bir maddənin dəriyə tətbiq edilməsi yalnız onun səviyyəsi toksikoloji həddi aşdıqda zərərlidir. Dəri maddələrin daxilə nüfuz etməsinə qarşı əhəmiyyətli baryer formalaşdırdığına görə yerli olaraq tətbiq edilən A vitamininin yalnız bir hissəsi bədənə daxil olur. Avropa Komissiyasının İstehlakçı Təhlükəsizliyi üzrə Elmi Komitəsi (SCCS) A vitamini və onun efirlərinin kosmetik komponentlər qismində istifadə edilməsini qiymətləndirmişdir. SCCS-nin rəyinə görə, bədən losyonlarında A vitamininin maksimum 0,05%-ə qədər retinol ekvivalenti konsentrasiyası ilə istifadəsi təhlükəsizdir. Bio‑Oil® Dry Skin Gel formulasında mövcud olan A vitamininin səviyyəsi bədən losyonu üçün icazə verilən maksimum konsentrasiyadan xeyli aşağıdır və hamiləlik dövrü boyunca təhlükəsiz şəkildə istifadə edilə bilər. Rozmarin yağı və hamiləlik Yüksək konsentrasiyada rozmarin yağının hamiləliyi poza bildiyi aşkarlanmışdır, yəni menstruasiyanı təşviq edə və ehtimal ki, erkən doğuşa səbəb ola bilər. Buna görə də rozmarin yağını yüksək konsentrasiyada istifadə edən aromaterapevtlər və herbalistlər onun hamiləlik dövründə istifadə edilməməsini tövsiyə edirlər. Lakin Bio‑Oil® Dry Skin Gel-də rozmarin yağının konsentrasiyası çox aşağıdır və buna görə də hamiləlik dövründə təhlükəsiz şəkildə istifadə edilə bilər. Laktasiya dövründə istifadəsi Bio‑Oil® Dry Skin Gel-in ana südü ilə qidalandırma zamanı istifadəsi təhlükəsizdir, lakin məmə uclarına tətbiq edilməməsi tövsiyə olunur. Heç bir zərərli təsir ehtimalı olmasa da, körpələr çox həssasdırlar və Bio‑Oil® Dry Skin Gel-i çox kiçik miqdarda belə udmamalıdırlar. Körpə və uşaqlarda istifadəsi Bio‑Oil® Dry Skin Gel-in üç yaşdan kiçik uşaqlarda istifadəsinin təhlükəsizliyi qiymətləndirilməmişdir. Doğumdan sonrakı bir neçə il ərzində insan orqanizmində immun sistemin inkişafı da daxil olmaqla, bir çox dəyişikliklər baş verir. Buna görə də, yalnız üç yaşı tamam olmuş və daha böyük uşaqlar üzərində istifadəsi tövsiyə olunur. Günəşdə istifadəsi Bio‑Oil® Dry Skin Gel üzərində aparılan testlər məhsulun günəş yanığını gücləndirmədiyini və ya dərinləşdirmədiyini göstərir. Beləliklə, məhsulu günəşdə təhlükəsiz şəkildə istifadə etmək mümkündür, lakin günəşin ultrabənövşəyi A (UŞ-A) və B (UŞ-B) şüalarının zərərli təsirlərinə qarşı heç bir qoruma təmin etmədiyi üçün məhsulu günəş qoruma faktoru (SPF) ən azı 30 olan geniş spektrli günəş kremi ilə birlikdə istifadə etmək vacibdir. Selikli qişa üzərində və ya yaxınlığında istifadə Bio‑Oil® Dry Skin Gel bütün istifadələr üçün təhlükəsiz kimi təsnif edilmişdir, lakin məhsulun ağlabatan şəkildə proqnozlaşdırıla bilən istifadəsi olmadığı üçün selikli qişa ilə təmasının təhlükəsizliyi test edilməmişdir. Radioterapiya və ya kimyaterapiya ilə birlikdə istifadəsi Bio‑Oil® Dry Skin Gel məhsulunun tərkibində radiasiyanı absorbsiya edə bilən hər hansı bir inqrediyent olmasa da, radioterapiya və ya kimyaterapiya müalicəsi alan insanların məhsulu istifadə etməzdən əvvəl tibbi məsləhət alması məsləhət görülür. Xəstəliklər zamanı istifadəsi Bio‑Oil® Dry Skin Gel dermatit, ekzema, psoriaz və istilik səpgiləri kimi xəstəliklərin simptomlarını aradan qaldıra bilsə də, bu xəstəlikləri olan insanların məhsulu istifadə etməzdən əvvəl həkim məsləhəti almaları tövsiyə olunur. Həssas dəri üzərində istifadəsi Bio‑Oil® Dry Skin Gel həssas dəriyə tətbiq edilə bilər. Həssas dərisi olan 18-70 yaş arası 30 iştirakçı üzərində aparılan dərinin qıcıqlanması ilə bağlı tədqiqatda heç bir subyektdə Bio‑Oil® Dry Skin Gel məhsuluna qarşı hər hansı mənfi reaksiya müşahidə olunmayıb. Yağlı dəri üzərində istifadəsi Bio‑Oil® Dry Skin Gel yağlı dəriyə tətbiq edilə bilər. Akneyə meyilli dərisi olan 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaqda Bio‑Oil® Dry Skin Gel-in komedogen olmadığı aşkar edilmişdir. Akneyə meyilli dəri üzərində istifadəsi Bio‑Oil® Dry Skin Gel akneyə meyilli dəriyə tətbiq edilə bilər. Akneyə meyilli dərisi olan 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaqda Bio‑Oil® Dry Skin Gel-in komedogen olmadığı aşkar edilmişdir. Akne problemləri olan insanların Bio‑Oil® Dry Skin Gel-i istifadə etməzdən əvvəl tibbi mütəxəssisə müraciət etmələri məsləhət görülür.
QURU DƏRİNİN SİMPTOMLARI VƏ SƏBƏBLƏRİ
Simptomlar Quru dərinin simptomlarına solğun və qabıqlanan dəri, yüngül qırışlar, boz və ya kül rəngli dəri, eləcə də sərtlik və gərginlik hissi daxildir. Səbəblər Quru dəri həm xarici, həm də daxili amillərin təsiri ilə yaranır. Xarici amillər: Quru iqlim nəmi dərinin daxilindən çəkərək ikiqat lipid təbəqəsindən kənara, quru xarici mühitə çıxarır. Kondisionerlər və istilik sistemləri havadan nəmi çəkərək süni quru iqlim yaradır ki, bu da dəridən nəmin çəkilməsinə səbəb olur. Hər gün yuyulma və sərt yuyucu vasitələrə məruz qalma dərinin ikiqat lipid təbəqəsinin soyulmasına səbəb olur, bu da nəmin dəridən çıxmasını asanlaşdırır. Daxili amillər: Orqanizm yaşlandıqca dəri daha az lipid istehsal edir, bu da ikiqat lipid təbəqəsinin incəlməsinə səbəb olur və nəmin daha asan çıxmasına imkan verir. Genetika ikiqat lipid təbəqəsində seramid səviyyələrinin təbii olaraq azalması səbəbindən quru dərinin yaranmasında rol oynaya bilər. Bu, dəri baryerinin oklüzivliyinin azalması ilə nəticələnir və normaldan yuxarı səviyyədə nəm itkisinə səbəb olur. Dərinin pH səviyyəsi baryer funksiyasına təsir edir. Dəridə yüksək pH səviyyəsi ikiqat lipid təbəqəsinin sağlam fəaliyyətini pozur.
İSTEHSAL
Bio‑Oil® Dry Skin Gel məhsulunun istehsalı kosmetik məhsullar üçün ISO 22716:2007 Qabaqcıl İstehsal Təcrübəsi (GMP) tələblərinə uyğundur. Bio‑Oil® Dry Skin Gel məhsulunun istehsalında istifadə edilən bütün xam maddələr üçün Analiz Sertifikatı (Certificate of Analysis - COA) və bütün qablaşdırma materialları üçün Uyğunluq Sertifikatı (Certificate of Conformance - COC) təmin olunur. Keyfiyyətə nəzarət testlərindən keçənə qədər heç bir xam maddə və ya qablaşdırma materialı istehsala buraxılmır. Hər bir qarışdırılmış Bio‑Oil® Dry Skin Gel partiyası üçün unikal partiya nömrəsi təyin edilir. Partiyadan götürülmüş nümunə laboratoriya tərəfindən xarici görünüş, şəffaflıq, qoxu, spektrofotometrik identifikasiya, sıxlıq, özlülük və mikrobioloji parametrlər üzrə test edilir. Nümunə dörd il saxlanılır. Bio‑Oil® Dry Skin Gel məhsulunun doldurulması və qablaşdırılması temperatur və rütubətə nəzarət edilən bir müəssisədə həyata keçirilir. Tozla çirklənmənin qarşısını almaq üçün hava yüksək effektivliyə malik hissəcikli hava (HEPA) filtrasiya sistemindən keçir. İstehsal xətlərində işləyən işçilər baş örtüyu, üz maskası, üz qoruyucusu, əlcək, palto və ayaqqabı örtüyü geyinir. Gözlənilməz qüsurlara qarşı ehtiyat tədbiri kimi istehsal xəttindən müəyyən aralıqlarla nümunələr götürülür və Keyfiyyətə Nəzarət şöbəsi tərəfindən yoxlanılır. Partiya nömrəsi şüşə, karton qutu və qablaşdırma üzərində çap olunur və hər bir istehsal edilmiş partiyadan götürülmüş saxlama nümunəsi dörd il müddətində saxlanılır. Bio‑Oil® Dry Skin Gel məhsulunun istehsalı zamanı heç bir zərərli emissiya, təhlükəli tullantı və ya çirkab suları yaranmır.
SAXLAMA TƏLİMATLARI
Bio‑Oil® Dry Skin Gel birbaşa günəş işığından uzaq, sərin bir yerdə saxlanılmalıdır.
TƏKRAR EMAL
Bütün Bio‑Oil® Dry Skin Gel qablaşdırmaları (tübik, şüşə, etiket və karton) təkrar emala yararlıdır.
AÇILDIQDAN SONRAKI İSTİFADƏ MÜDDƏTİ (PAO)
Bio‑Oil® Dry Skin Gel məhsulunun açıldıqdan sonrakı istifadə müddəti 12 aydır. Bu, məhsulun açıldıqdan sonra təhlükəsiz olduğu və istehlakçıya heç bir zərər vermədən istifadə edilə biləcəyi müddətdir.
SERTİFİKATLAR
Bio‑Oil® Dry Skin Gel halal və koşer sertifikatlarına malikdir.
MƏNFI REAKSİYALAR
Bio‑Oil® Dry Skin Gel təhlükəsiz toksikoloji profilə malik olmasına və bununla bağlı beynəlxalq qaydaların tələblərinə cavab verməsinə baxmayaraq, bütün kosmetik məhsullarda olduğu kimi, Bio‑Oil® Dry Skin Gel istifadəçilərinin də məhsulu istifadə edərkən mənfi reaksiyalarla qarşılaşmaq riski mövcuddur. Mənfi reaksiya halında məhsulun istifadəsi dərhal dayandırılmalıdır. Mənfi dəri reaksiyası simptomlarına adətən məhsulun tətbiq olunduğu sahədə yaranan səpgilər, şişkinlik və iltihab daxil ola bilər. Bu reaksiyalar qaşınma və yüngül narahatlıq ilə müşayiət oluna bilər. Əksər hallarda, mənfi reaksiyalar məhsulun istifadəsi dayandırıldıqdan sonra iki-üç gün ərzində aradan qalxır. Reaksiya azaldıqca, dəri ilkin vəziyyətinə qayıdana qədər quru və qabıqlı görünə bilər. Bio‑Oil® Dry Skin Gel məhsulunun tətbiqinə potensial allergik reaksiya ilə bağlı hər hansı bir narahatlıq varsa, bunu yoxlamaq üçün sadə allergiya testi keçirmək məsləhətdir. Bunun üçün az miqdarda məhsulu qolun daxili hissəsinə tətbiq etmək və hər hansı bir reaksiya olub olmadığını yoxlamaq üçün 24 saat gözləmək lazımdır. Dərinin nəzərəçarpacaq dərəcədə qızarması (eritema) və ya yüngül şişməsi (ödem) allergik reaksiya potensialını göstərə bilər.
HEYVANLAR ÜZƏRİNDƏ TEST EDİLMƏYİB
Bio‑Oil® Dry Skin Gel və onun tərkibinə daxil olan xammallar kosmetik məqsədlərlə heyvanlar üzərində testlərin aparılmasına dair Aİ reqlamentlərinə uyğun istehsal edilir. Bio‑Oil® Dry Skin Gel və onun tərkibinə daxil olan inqrediyentlər nə Bio‑Oil, nə də onun xammal təchizatçıları tərəfindən heyvanlar üzərində sınaqdan keçirilmir.
VEQAN DEYİL
Bio‑Oil® Dry Skin Gel-in tərkibində qoyun yunundan əldə edilən mum olan lanolin var. Beləliklə, Bio‑Oil® Dry Skin Gel veqan deyil.
TƏSADÜFİ UDULMA
Bio‑Oil® Dry Skin Gel təsadüfən udularsa, toksik olmadığı üçün ürəkbulanma və ishal hisslərindən başqa hər hansı mənfi təsirin baş verməsi ehtimalı azdır. Lakin xüsusilə körpə və ya uşaq tərəfindən təsadüfən qəbul edilərsə, həkimə müraciət etmək tövsiyə olunur.
GÖRÜNÜŞDƏ DƏYİŞİKLİK
Bio‑Oil® Dry Skin Gel-in görünüşü iki halda dəyişə bilər. Birinci hal gel uzun müddət həddindən artıq yüksək və ya aşağı temperaturlara məruz qaldıqda meydana gəlir; həddindən artıq yüksək temperatur gelin səthini qurudur, qab açıq qalarsa, bu təsir daha da güclənir. Əksinə, həddindən artıq aşağı temperatur donmaya səbəb ola bilər. Hər iki hal gelə ağ çalar verə bilər. İkinci hal istifadə zamanı şüşəyə su və ya başqa bir maye daxil olduqda ortaya çıxır. Maye formulanın tərkibindəki emulqatorla qarşılıqlı əlaqəyə girərək emulsifikasiya prosesini başladacaq, bu isə gelin ağ rəngə çevrilməsinə və konsistensiyasının dəyişməsinə səbəb olacaq.
SON YENİLƏMƏ TARİXİ
22 avqust 2023-cü il